![]() |
|
||
|
Güney Azərbaycan milli hərəkətinin səsini millətimizə habelə dünya qamo oyuna çatdırmaq amacı ilə 7 il bundan öncə işə başladıq. 35000000 Xəbər Qurupu adı ilə Güney Azərbaycan üzrə fəaliyyət göstərən ilk quruplar ve sitələrin sırasında olaraq, məzlüm millətimizin dərdini və milli hərəkətimizin harayını yansıtmağa çalışdıq. Bütün yalançı istatistikalara rəğmən unvanımıza 35000000 Xəbər Qurupu seçərək, millətimizin gərçək nufusunu dillərə salmağı amacladıq və başardıq. Bu 7 ildə bütün çətinliklərə, səhvlərə və təxriblərə baxmayaraq hər zaman öyrənməyi, təcrübə qazanmağı, gəlişməyi göz önündə tutaraq addım atdıq. Baxmayaraq ki sitəmiz dəfələrcə düşmanlar vərindən hack və filter oldu, baxmayaraq ki onlar muxbir və əməkdaşımız tutuqlanarq, ağır cəzalara məruz qalmaqdadır, ama usanmadan yola davam andladıq. Bugün Güney Azərbaycan milli hərəkəti gəlişib, gücləndiyindən dolayı ona qarşı olan baykot və sansor da artmış durumdadır. Bununla yanaşı fars şovinizminin milli hərəkət içində olan muzdurları, paralel sitələr və qurumlarla milli hərəkətimizin enrjisini boş yerə tükətmək, birliyi pozmaqda çaba göstərməkdədirlər. Güney Azərbaycanı bu yumşaq savaşlarda da uğurlu etmək daha özənli və profeşyonal çalışımı gərəkdırməkdədir. Bu gərəksinimə yanıt olaraq, yeni kadr və yeni metodlarla çalışmaya qərar verdik. Unvanımızın Güney Azərbaycan Xəbər Ajansı, (South Azerbaijan News Agancy) ixtisar olaraq SANA olamsını daha uyğun gördük. Sayın Dr. Çöhrəqanlının tapşırıqlarına əsasən milli hərəkətdə birliyi rəhbər tutaraq, Güney Azərbaycan milləti və milli hərəkətində olan güvəncimizə, habelə 7 illik təcrübələrə dayanaraq başımızın üstündə dalğanan Güney Azərbaycan Bayrağına daha layiq olmağı pılanladıq. Güney Azərbaycan Xəbər Ajansı (SANA) bugündən etibarən işə başlamasını bildirir, Azərbaycan adına çalışan tüm sitələr, qurum və örgütləri iş birliyə çağıraraq, onlarla bərabər millətimizə borcumuzu ödəməkdə başı-ucalığı arzılayırıq. Xəbərlərinizə yaymaqda bizə yardımcı olmağınızı diləyirik.
Güney Azərbaycan Xəbər Ajansı (SANA) 12.03.2010
|
||