Dünən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəallarından olan Yürüş Mehrəlibəyli 286 gün sonra 220 min dollarlıq girov ilə Təbriz həbsxanasından şərti azadlığa buraxılıb. Bu barədə məlumatı Marka.Az-a GAMOH-un Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı verib.
Onun dediyinə görə, Yürüş Mehrəlibəyli ilə birgə tutulan doktor Lətif Həsənli isə 270 gündür ki, həbsxanadadır. Lakin onun da yaxın zamanda girov müqabilində azadlığa buraxılması gözlənilir.
Yürüş Mehrəlibəyli əvvəllər “Babək qalası” qurultayında tutulmuşdu. O, Əhər şəhərində 6 ay həbs çəkdikdən sonra azad olmuşdu.